YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Deputatlar Palatasının vitse-spikeri: Azərbaycan İtaliya üçün çox güclü biznes tərəfdaşına çevrilib

Azərbaycan İtaliya üçün yalnız enerji resursları baxımından etibarlı təchizatçı deyil, eləcə də çox güclü biznes tərəfdaşına çevrilib.

Bu sözləri İtaliya Deputatlar Palatasının vitse-spikeri Ettore Rosato deyib.

“Azərbaycan İtaliya üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm tərəfdaş ölkədir. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin inkişafında xüsusi rola oynayıb. Azərbaycan ilə İtaliyanın möhkəm siyasi və iqtisadi tərəfdaşlığı diplomatik əlaqələrin qurulmasının 30 illiyində yeni müstəviyə keçib. Çünki hazırda hər iki ölkənin münasibətləri daha da güclənir. Azərbaycan İtaliya üçün yalnız enerji resursları baxımından etibarlı təchizatçı deyil, eləcə də çox güclü biznes tərəfdaşına çevrilib. Azərbaycan İtaliyanın birinci neft təchizatçısıdır. Hazırda TAP boru kəməri sayəsində təbii qaz tərəfdaşlığı daha da güclənir, tədarükün həcminin artırılması ideyası ortaya çıxıb. Azərbaycan fəaliyyət göstərən bir çox italyan müəssisəsi var. Bu da deməyə əsas verir ki, möhkəm qurulan əməkdaşlıq hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə İtaliya Deputatlar Palatasının vitse-spikeri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv