YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşkilat əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert proqramı ilə davam edib.

Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.