YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şirvan şəhər təşkilatında “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib.

İştirakçıları öncə şəhərin mərkəzi meydanında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramla yad ediblər.

Sonra YAP Şirvan şəhər təşkilatında elmi-nəzəri konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov tədbiri açaraq qonaqları salamlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mənalı həyatını müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və xalqının rifah halının yaxşılaşmasına həsr edən ulu öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva, 14 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova, YAP Şirvan şəhər təşkilatının veteranları Təranə Ağayeva, Mehriban Əliyeva, YAP fəalı Əlisaleh Əliyev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, ölkənin iqtisadi, siyasi və mədəni həyatının inkişafına xidmət edən fəaliyyətinin mühüm məqamlarından, həyata keçirdiyi iqtisadi islahatlardan, kənd təsərrüfatının bütün sahələrinin davamlı inkişafından, ölkədə yeni sənaye müəssisələrinin yaradılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən, respublikada ictimai-siyasi sabitliyin təmin edilməsinə xidmət edən əməli fəaliyyətindən danışıblar.

Tədbirin sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.