YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qrup mədəniyyət və incəsənət xadiminə Prezidentin fərdi təqaüdü və mükafatları veriləcək

Prezident İlham Əliyev mayın 10-da mədəniyyət xadimlərinə fərdi təqaüdün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Ölkə başçısının bu gün imzaladığı digər bir Sərəncamla isə səhnə fəaliyyəti ilə bağlı bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları təqdim ediləcək.