YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 20 nömrəli ərazi partiya təşkilatının və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və Şuşa rayon Gənclər və idman idarəsinin müdiri Nadir Bayramov iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 20 nömrəli ərazi partiya təşkilatının sədri Könül Hüseynova Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. O, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən bəhs edib.

Ulu öndər Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulayan YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir Şuşa Humanitar Kollecinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.