YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Aprelin 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətində bildirmişlər ki, görüşdə Azərbaycan-Tatarıstan əlaqələrinin fəal inkişaf etməkdə olduğunu vurğulayan Baş nazir Artur Rasizadə Prezident Rüstəm Minnixanovun rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətinin bu səfərinin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əminliyini bildirdi. Tatarıstan ilə neft–kimya, maşınqayırma, məişət texnikası istehsalı, kənd təsərrüfatı, ərzaq sənayesi və digər sahələrdə əməkdaşlıq imkanlarına toxunan Baş nazir qeyd etdi ki, "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi ilə "KamAZ" Açıq Səhmdar Cəmiyyəti arasında yük maşınlarının yığımı və satışı üzrə saziş imzalandıqdan keçən qısa vaxt ərzində çox böyük işlər görülmüşdür və artıq Gəncə avtomobil zavodunun bazasında "KamAZ" markalı yük maşınlarının yığım xətti açılışa tam hazırdır.
İş adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə bu açılış tədbirlərində iştirak etmək üçün respublikamıza səfərə gələn Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycanın dinamik inkişafının Tatarıstanda böyük maraqla izləndiyini və müstəqil respublikamızın son illərdə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. O, Tatarıstan Respublikasının Cənubi Qafqazda etibarlı tərəfdaş kimi Azərbaycan ilə daha sıx münasibətlərdə maraqlı olduğunu vurğulayaraq, səfər çərçivəsində iqtisadi, ticarət, mədəni, sosial və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələrin də aparılacağını bildirdi.
Görüşdə faydalı əməkdaşlığın bir sıra aspektlərinə dair geniş fikir mübadiləsi aparıldı.