YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmlənir

Həbib Misirov

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri

Ölkə prezidenti, cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 beynəlxalq ekspert və beyin mərkəzləri nümayəndələri qatılmışdır.

Ötən il böyük Zəfərə və torpaqlarımızın işğaldan azad olunmasına həsr edilmiş birinci forumdan fərqli olaraq, illik əsaslarla ADA Universitetində keçirilən builki konfrans “Beynəlxalq Şuşa Forumu” adı altında təşkil edilmişdir. Beynəlxalq konfrans regional sülhün, təhlükəsizliyin və inkişaf məsələlərinin müzakirəsi baxımından önəmli yer tutur.

Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar müzakirə olunmuş forumda cənab İlham Əliyev itirakçılar tərəfindən ünvanlanan suallara rəy bildirmişdir.

Bu gün cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan regionda davamlı sülhün qurulmasında əvəzolunmaz rola malikdir.

Prezident cənab İlham Əliyev beynəlxalq konfrasnda çıxışı zamanı da bildirmişdir ki, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır: “Beynəlxalq birlik artıq bu reallıqlarla barışır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları qəbul edib. ATƏT-in Minsk qrupu ilə bağlı Prezident İlham Əliyevin və Azərbaycan ictimaiyyətinin mövqeyi hər kəsə bəllidir.

Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Qarabağ münaqişəsi həll olunduğu üçün heç bir vasitəçiyə ehtiyac qalmayıb. Prezident cənab İlham Əliyev də konfransda bildirmişdir ki, reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirmişdir.

Azərbaycanın beynəlxalq münasibətlərinə toxunan cənab İlham Əliyev qeyd etmişdir ki, bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir, eyni zamanda Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına da müsbət təsir göstərəcək.

İndiki reallıq odur ki, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmlənir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir.

Möhtərəm Prezidentimizin həyata heçirdiyi uğurlu regional və beynəxalq siyasət bunu deməyə əsas verir ki, Cənubi Qafqaz regionu inkişaf etmək istəyirsə onun ayrılmaz hissəsi olan Azərbaycanın Qarabağ regionunun bərpasına və Zəngəzur dəhlizinin açılmasına həm Ermənistan, həm də digər iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlər mane olmamalı və yeni reallıqla barışmalıdırlar.

30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edən müzəffər xalq olaraq inanırıq ki, Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu mübarizədən də qalib çıxacaq.

DİGƏR Xəbərlər Arxiv