YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Səhiyyəsində rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Səhiyyəsində rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən RMX-sı Publik Hüquqi Şəxsin direktoru, ƏPT-nın sədri Oqtay Əmənullayev, Astara şəhər 2 saylı ƏPT-nın sədri Xədicə Əliyeva, RMX-sı Publik Hüquqi Şəxsin ƏPT-nın sədr müavini Fuad Səmədov Ulu Öndərin həyat fəaliyyətindən geniş nitq söyləyiblər.

Sonda çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov tədbir iştirakçılarını Ulu Öndərin mirası müstəqil Azərbaycanımız və Yeni Azərbaycan Partiyasının daha da çiçəklənməsi naminə maksimum güclə çalışmağa və cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün fəallıq nümayiş etdirməyə çağırıb.