YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir

“Aprel ayının 29-da ADA Universitetində keçirilimiş “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans böyük ictimai-siyasi əhəmiyyətə malik olan bir tədbir kimi yadda qaldı. Bu tədbirdə dünyanın 23 ölkəsindən tanınmış beyin mərkəzlərindən 40 nəfər nümayəndə təmsil olunurdu. Həmin nümayəndələr tanınmış siyasi analitiklər, ekspertlər və media mənsubları idi ki, onlar intellektual təbəqələri təmsil etməklə akademik çevrələri populyar olan şəxslərdir. Bu da tədbiri əhəmiyyətli edən amillərdəndir.

Onların verdiyi suallara cavablarında, həmçinin öz nitqində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər istər ölkəmizin, istər sə də bölgəmizin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir və bu bir aksiomadır ki, hər bir beynəlxalq tədbir ona ev sahibliyi edən ölkənin imkanlarının və hədəflərinin tanıdılmasında hər zaman əhəmiyyətli rol oynayır.” Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. 

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada tanınan liderlərdən biridir. Prezidentin ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar, müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli, düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara nail olub: “Beynəlxalq ictimaiyyət Prezident cənab İlham Əliyevin bu gün dünyada aparıcı liderlərdən biri olmasının dəfərlərlə şahidi olub. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində təşəbbüsləri Azərbaycanı beynəlxaq aləmdə günəmi formalaşdıran ölkələr sırasına daxil edib. Bu nöqteyi nəzərdən cənab Prezident beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivilizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəldib. Bu geniş miqyaslı fəaliyyətinə görə Prezident cənab İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır. Məhz belə bir liderin fikirlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da konfrans böyük əhəmiyyətə malik oldu.

Bu konfrans bir daha göstərdi ki, Azərbaycanın Vətən müharibəsindən sonra ortaya qoyduğu prinsipal mövqe dəyişməzdir, bölgənin inkişafı isə yalnız burada yerləşən ölkələrin sülh şəraitində yaşamasından keçir. Azərbaycan Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin irəli sürdüyü təməl prinsiplərinin Ermənistan tərəfindən qəbul edilməsi məhz bu platformanın gücləndirilməsi deməkdir və sülh müqaviləsinin bağlanması ilə bölgədə sülh, əminamanlıq və inkişaf təmin olunacaq”.

S.Hüseynova əlavə edib ki, konfrans zamanı çox mühüm məsələlər vurğulandı. “Ölkə Prezidenti ikili standartlarla bağlı fikirlərini bir daha səsləndirdi. Burada çox maraqlı məqamlardan biri də o idi ki, cənab Prezidentin bu fikirləri həm beynəlxalq təşkilatlara, həm də dünya ölkələrinə bir siyasi mesaj idi. Dövlət başçısı Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq erasının başlandığını vurğuladı və bu əməkdaşlığın daha güclü və möhkəm olması üçün regionda olan hər üç ölkəyə beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən ikili standartlardan uzaq, ədalətli münasibət sərgilənməli olduğunu bildirdi. Yəni üç ölkənin üçünə də eyni münasibət bəslənməlidir, ikili standartlardan, qərəzli münasibətdə uzaq olan bir yanaşma olmalıdır və dünya dövlətləri, beynəlxalq təşkilatlar ikili standartlardan uzaq durmalıdırlar.

Prezident İlham Əliyev eyni zamanda konfransda bölgənin inkişafının yol xəritəsini də səsləndirmişdir və bölgənin 10 ildən sonra mənzərəsinin necə görmək mümkün olmasını qeyd etmişdir. Bu gün Ermənistan üçün bunu təsəvvür etmək çətin görünür, ancaq Azərbaycanın sülh müqaviləsi üçün isrəli sürdüyü beş prinsipin qəbul edilməsi, Ermənistanda revanşist qüvvələrin öz ambisiyalarından əl çəkməsi əməkdaşlığa və inkişafa yol açır. 

Tədbiri əhəmiyyətli edən amillərdən biri də onun mədəniyyət paytaxtımız, Qarabağın incisi olan Şuşada keçirilməsidir. Bu isə Şuşanın bölgənin siyasi mərkəzlərindən birinə çevirildiyini göstərir”.