YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq forum siyasi əhəmiyyətli hadisədir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq forum siyasi əhəmiyyətli hadisədir. Forum hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların araşdırma faktoru olacaq. Konfrans çərçivəsində onun ilk günündə Şuşaya və işğaldan azad edilmiş ərazilərə səfərin təşkil olunması konfrans iştirakçılarına erməni vandalizmi və erməni faşizminin əsl mahiyyəti haqqında daha dolğun təəssürat əldə etməyə imkan yaratmış oldu. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bu, beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. Məhz konfransın ikinci günü bu təəssüratın onların açıqlamalarında əks olunduğu açıq hiss edilirdi. Konfrans iştirakçılarının bir çoxunun bu forumun əhəmiyyətinə dair səsləndirdikləri fikirlərə görə bundan sonra Şuşa dünyada təkcə bəşər mədəniyyətinə verdiyi töhfəsinə görə deyil, həm də diplomatik problemlərin çözüm mərkəzi, paytaxtı olacaqdır.

Üç saata yaxın davam edən konfransa baxan hər kəs, hər bir azərbaycanlı möhtərəm Prezidentimizin ona ünvanlanan çoxşaxəli sualların cavabına nəinki heyran olur, iftixar hissi keçirirdi. Əslində Möhtərəm Prezidentimizin iti zəkası, müdrikliyi və təmkinliyi, uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və güclü diplomat olduğu onun hər bir suala verdiyi cavabında ifadə olunurdu. Qürurverici hallardan biri də odur ki, konfrans iştirakçıları sual verərkən möhtərəm Prezidentimizin qabiliyyətinə, savadına, bilik və bacarığına, fitri istedadına və cavablarını ingilis dilində ən yüksək və səlis səviyyədə ifadə etməsinə heyranlıqlarını gizlədə bilmirdilər. Onlar hətta qısa müddət ərzində möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda görülən işlər haqqında yüksək fikirlər səsləndirirdilər.

Möhtərəm Prezidentimizin diplomatik forumda bugün dünyanı düşündürən və dünyanın ən aktual çağırışlarını, xüsusilə də Qafqazın bugünü və gələcəyi ilə bağlı problemləri özündə etiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün çox önəmli idi. Möhtərəm Prezidentimizin bütün cavablarındakı ana xətt xalqımızın 44 günlük Vətən müharibəsi zamanı işğal altındakı torpaqlarımızı iki yüz ildən çox yaşı olan erməni faşizmindən azad etməsi ilə bərabər Azərbaycanın bölgədəki əvəzolunmaz rolu idi. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Milli Ordumuzun şücaəti ilə qazandığımız möhtəşəm Zəfər Qafqazda yeni eranın başlanmasına və yeni reallıqların yaranmasına səbəb oldu.

Möhtərəm Prezidentimizin cavabları birbaşa və ya dolayısı yolla bu gün Azərbaycanın həm bölgə, həm də bütövlükdə Avropa məkanı üçün nə qədər önəmli olduğunu əhatə edirdi. O, Azərbaycan xalqının otuz ilə yaxın müddətdə üzləşdiyi erməni təcavüzkarlığını, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlarla yanaşmalarını və bu yanaşmanın bu gün də davam etməsini konkret faktlarla bildirirdi. O, BMT-nin, ATƏT kimi təşkilatların əslində ancaq müəyyən dövlətlərin marağına xidmət etməsinə, beynəlxalq təşkilatlardakı erməni lobbisinin güclü təsiri kimi vacib məsələlərə də öz mövqeyini bildirdi. Avropa İttifaqının müharibədən sonra Azərbaycana və Ermənistana ikili standartlarla maliyyə yardımının qəbul edilməzliyini cənab Prezident açıq tənqid etdi. Bununla bərabər postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirərək, Avropa İttifaqının ədalətli və fəal rol oynayacağına ümidvar olduğunu da qeyd etdi. Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda çox maraqlıdırlar və düşünürlər ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə necə bağlana bilər. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik. Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.

Vacib məqamlardan biri də Ermənistanın bütün işğal dövründə dünya mirasının ayrılmaz parçası olan Qarabağda erməni vandalları tərəfindən dağıdılmış xalqımızın çoxəsirlik tarixə malik mədəni irsinə YUNESCO-nun səssiz qalmasına da cənab İlham Əliyevin kəskin münasibət bildirməsidir. Bildiyimiz kimi, işğal altında olan torpaqlarımıza erməni vandalları tərəfindən minlərlə minalar basdırılmışdır. Ölkəmiz öz imkanları hesabına minalardan təmizləmə prosesi aparsa da ərazi çox böyük olduğundan təmizləmə prosesi illərlə vaxt tələb edir. Möhtərəm Prezidentimiz öz cavablarında bu məsələyə da toxunaraq beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibətini, bunun ədalətsizlik və ikili standartlar olmasını, yolverilməz olduğunu bildirdi. Beləliklə, dövlət başçımızın konfransdakı çıxışı və suallara cavabları ilə bugünümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi.

DİGƏR Xəbərlər Arxiv