YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənilərin əsas niyyəti status-kvo vəziyyətini qoruyub saxlamaqdır

«Ermənistan dövləti və onun rəhbərliyi bu münaqişəni həll etmək istəmir. Ermənilərin əsas niyyəti status-kvo vəziyyətini qoruyub saxlamaqdır». Bu fikirləri YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri də dəfələrlə bəyanat qəbul ediblər ki, status-kvo vəziyyəti qəbuledilməzdir. Onun sözlərinə görə, amma status-kvo vəziyyəti dəyişilmir və əvvəlki kimi qorunub saxlanılmaqdadır.

«Təbii ki, bu da onu göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti  bu münaqişənin müharibəyə çevrilməsinin qarşısını almağa yönəlib. Yəni onların fəaliyyəti ondan ibarətdir ki, prezidentlər səviyyəsində görüşlər keçirməklə növbəti müəyyən zaman üçün atəşkəs rejiminin qorunub saxlanılmasına nail olsunlar. Amma məsələ ondadır ki, atəşkəs rejiminin bu şəkildə qorunub saxlanılması nəticə etibarilə həm də status-kvonun qorunub saxlanılmasına gətirib çıxarır. Təbii ki, bu da münaqişənin həlli üçün lazımi effekti vermir»- deyə, politoloq qeyd edib.