YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Aprelin 15-dən 17-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Akademiyadan bildiriblər ki, konfransı AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə təşkil edib.
Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.
Konfransda “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələr dinləniləcək.