YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elmir Əliyevin ailəsi ziyarət edilib

Müqəddəs Ramazan bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov şəhid Elmir Əliyevin ailəsini ziyarət ediblər.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev şəhidin ailə üzvüləri ilə görüş zamanı Ali Baş Komandanımızın rəhbərliyi altında Elmir Əliyev kimi igid oğullarımızın sayəsində  Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağı bildirib. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Elmir Əliyev  2020-ci il noyabr ayının 3-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”  və “Ağdamın azad olunmasına görə”  medalları ilə təltif edilib.