YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rik Faun: Azərbaycan azad olunmuş ərazilərdə tarixi dəyişikliklərdə müasir texnologiyalardan yararlanır

Hazırda region üçün son dərəcə həyəcanlı bir dövrdür və Azərbaycan regionda nəhəng təşəbbüslər irəli sürür. Bu təşəbbüslər haqqında ətraflı məlumat əldə etmək imkanımız oldu.

Bu sözləri jurnalistlərə açıqlamasında Sent-Endryus Universitetinin professoru Rik Faun söyləyib.

“Mən Şuşaya daha əvvəl də gəlmək istəyirdim. Lakin hər zaman Azərbaycan hökumətinin Qarabağa icazəsiz səyahət etməklə bağlı tələblərinə hörmətlə yanaşırdım. Şuşada qısa müddət ərzində aparılan yenidənqurma işləri ilə tanış olduq və bu gün burada region üzrə gələcəkdə görüləcək işlər barədə ətraflı planları öyrənmək imkanımız oldu. Bərpaolunan enerji, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları daxil olmaqla, Azərbaycan bu tarixi dəyişiklikdə müasir texnologiyalardan yararlanır”, - deyə professor bildirib.

Mina problemindən danışan britaniyalı professor Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı minalardan təmizləmə işlərində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv