YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının və Şuşa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev bildirib ki, müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dövlətimiz öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.

Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda şeir müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.