YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Qusar şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsinin şəhidi Qurbanov Elvin Elmar oğlunun məzarı doğum günündə ziyarət olunub.

Anım tədbirində YAP Qusar rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər və İdman idarəsi və digər müəssisələrin işçiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Qurbanov Elvin Elmar oğlu 29 aprel 1999-cu ildə Qusar şəhərində anadan olub. Şəhid Elvin Qurbanov Vətən müharibəsində göstərdiyi fədakarlığına görə Prezident İlham Əliyevin Sərəncamı ilə bir sıra medallarla təltif olunub. Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.