YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Zahir Mehdiyevin xatirəsinə inşa olunan bulaq-abidə kompleksinin açılışı olub

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidi Mehdiyev Zahir Zakir oğlunun doğum günündə xatirəsinə inşa olunan bulaq-abidə kompleksinin açılışı olub.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail  Məmmədov şəhid ailələri, qazilər, rayon təşkilatının əməkdaşları, partiya fəalları, din xadimləri, təhsil işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçılar Vətən  müharibəsi şəhid Mehdiyev Zahir Zakir oğlunun doğum günü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək məzarını ziyarət edib, qəbri üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhid Mehdiyev Zahir Zakir oğlunun xatirəsinə tikilən bulaq-abidə kompleksinin  rayonun Qarabucaq kəndində açılış mərasimi keçirilib.

Daha sonra tədbir iştirakçıları şəhidin evinə gedərək, ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.