YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Ramazan bayramı ərəfəsində şəhid ailələri və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatınən ərazi partiya təşkilat sədrləri Ramazan bayramı ərəfəsində şəhid ailələrini və qaziləri ziyarət ediblər.

“Ş.Axundov küçəsi 7 ünvanı” üzrə ƏPT sədri Yeganə Əskərova, “İ.Səmədzadə 6” ünvanı üzrə ƏPT sədri Nəzakət Abdullayeva, “20 Yanvar küç. 66” ünvanı üzrə ƏPT sədri Mehriban Səfərova Vətən müharibəsi şəhidləri Mehdizadə Əli Məcid oğlu, Qurbanov Emil Vaqif oğlu, Quluzadə Orxan Elxan oğlu, Ağazadə Sənan Nizami oğlunun ailəsinə və qazi Vəliyev Vəlihət Şakir oğlunun yaşadığı evə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb, ərzaq yardımı göstəriblər.

Qazi və şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv