YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Ramazan bayramı ərəfəsində qazi və şəhid ailələrinə bayram sovqatı paylanıb

Ucarda Ramazan bayramı ərəfəsində Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü və Missiya Media Qrupunun, “İnvest AZ” Şirkətlər Qrupunun dəstəyi ilə qazi və şəhid ailələrinə bayram sovqatı paylanıb.

Əvvəlcə Milli Məclisin deputatı Ramil Həsən, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov və Missiya Media Qrupunun nümayəndələri ümummilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Ucar rayon təşkilatında qazi və şəhid ailələri ilə keçirilən görüşdə deputat Ramil Həsən dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb, onların yaşayış və mənzil şəraitinin yaxşılaşdırılası istiqamətində həyata keçirilən proqramlardan bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

R.Həsən şəhid ailələrinin, qazilərin müraciətlərini diqqətlə dinləyib, mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını deyib.

Sonda şəhid ailələri və qazilərə, həssas kateqoriyadan olan bir qrup vətəndaşlara bayramı sovqatı paylanıb. Bayram sovqatları eyni zamanda, mobil qruplar vasitəsilə rayonun müxtəlif kəndlərində yaşayan şəhid ailələri və qazilərə də təqdim olunub.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində və Yuxarı Şilyan kəndində seçiciləri ilə də görüş keçirib.

Vətəndaşların müraciətlərinin əksəriyyəti əlilliklə bağlı pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, küçələrin işıqlandırılması, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı olub. Ramil Həsən qısa müddətdə seçicilərini narahat edən məsələlər ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat veriləcəyini və müvafiq tədbirlər görüləcəyini bildirib.

DİGƏR Xəbərlər Arxiv