YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən mötəbər tədbirlərin Şuşa şəhərində keçirilməsi böyük siyasi mahiyyət daşıyır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Dünya Azərbaycanlıların V Qurultayında söyədiyi  “Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq” fikri Ermənistan cəmiyyətində şok effekti yaratmışdır.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev müdrik və qətiyyətli rəhbər, eyni zamanda xüsusi diplomatik qabilliyəti olan, hər işlətdiyi ifadənin hansı effekt verəcəyini əvvəlcədən bilən, beynəlxalq miqyasda qəbul edilən, nüfuzlu dövlət başçılarından biridir. Məhz cənab Prezidentimizin  yüksək keyfiyyətləri hesabına Azərbaycan üzləşdiyi tarixi bəladan xilas edildi, dövlətimizin ərazi bütövlüyü, millətimizin zədələnmiş mənəvi ruhu bərpa olundu. Artıq Azərbaycan xalqı müzəffər, qalib xalq olaraq dünya birliyi tərəfindən tanınır və qəbul edilir. Itirilmiş torpaqların geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi asan məsələ deyildi. Qarabağ problemi Azərbaycan-Ermənistan müstəvisindən çıxaraq beynəlxalq məsələyə çevrilmişdi. Bu problemlə bağlı dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı 4 Qətnamə qəbul etmişdi, 1992-ci ildə ATƏT-in Minsk Qrupu adlanan xüsusi təsisat yaradılmışdır. Açığını etiraf etmək lazımdır ki, Qarabağ probleminin tənzimlənməsi prosesində iştrak edən tərəflərdən heç biri Azərbaycanın haqlı mövqeyini müdafiə etmir, əksinə işğalın sonsuza qədər davam etməsini, Azərbaycanın mövcud vəziyyətlə hesablaşmasına nail olmağa üstünlük verirdilər. Prosesdə iştrak edən dövlətlərin beynəlxalq aləmdə nüfuzunu, onların təsir imkanlarını nəzərə alsaq Azərbaycanın ərazi bütövlüyünün həlli məsələsinin nə qədər çətin bir problem olduğunu düzgün qiymətləndirmiş olarıq.

Cənab Prezident  İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bəyən etdi ki, biz danışıqlar xatirinə danışıqlar aparmayacağıq, Azərbaycanın ərazisi hesabına ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik və Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev iştrakçı tərəflərin mövqeyini müəyyənləşdirdikdən sonra məsələnin düzgün həll yolunun hərbi-diplamatik yol olduğuna dair qəti qərar qəbul etdi və bu yolla məsələnin həlli istiqamətində qətiyyətli addımlar atdı. Azərbaycanın iqtisadi qüdrəti ilbəil yüksəldildi, beynəlxalq aləmdə nüfuzu artırıldı, beynəlxalq təşkilatlarda Azərbaycanın xeyrinə məsələ ilə bağlı hüquqi baza yaradıldı, XXI əsrin taktika və texnikasına yiyələnmiş, yüksək hərbi peşəkarlığa və fiziki hazırlığa sahib Ordu quruldu. Sözlə ifadə olunması asan olan bu işləri görmək üçün xüsusi qabiliyyət, gərgin əmək və ardıcıl iş tələb olunurdu. Güclü iqtisadiyyata sahib olmadan, müasir tələblərə cavab verən Ordunun qurulması mümkün deyildir. İqtisadiyyatı inkişaf etdirmək üçün beynəlxalq münasibətlər qurulmalı, sabit ictimai münasibətlər formalaşdırılmalı idi. Cənab Prezident özünün qətiyyəti, apardığı çoxşaxəli islahatlar, əməli fəaliyyəti ilə xalqımızdan aldığı dəstək hesabına müəyyənləşdirilmiş hədəflərə çatmağa nail oldu.  Zaman gələndə düzgün qərar verdi və cəmi 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Artıq Azərbaycanın ərazi bütövlüyü cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi  hesabına həll edildi. Önəmli olan məsələlərdən bir də istər 44 günlük Vətən Müharibəsi, istərsə də müharibədən sonra regionda maraqlı olan qüvvələrin təsirləri minumuma endirildi. Bu da olduqca önəmli faktorlardan bir idi. Məhz Prezident cənab İlham Əliyevin diplomatik məharəti və qətiyyətli mövqeyi həlledici rol oynadı.  

Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra postmüharibə dönəmində görülməli işlər sistemli olaraq hansı ardıcıllıqla icra olunması Prezident cənab İlham Əliyev tərəfindən müəyyənləşdirildi. Qısa müddət ərzində görülmüş işlər, icra olunmuş layihələr, keçirilmiş tədbirlər Prezident İlham Əliyevin Qarabağın yenidən qısa müddətdə inşa edilməsi, keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə tezliklə qaytarılmasına yönəlik həlledici məsələlərdir.  Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlara səfərlər edir, ən mötəbər tədbirlərin Şuşa şəhərində keçirilməsi və həmin tədbirlərdə verdiyi mesajlar böyük siyasi mahiyyət daşıyır.