YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilmişdir.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr edilmiş tədbir böyük akademikin adını daşıyan məktəb-liseydə şagirdlərin "Şən startlar" oyununa baxışla başlamışdır. Sonra məktəbdə yaradılmış böyük alimin şəkillərindən ibarət fotostendə baxış keçirilmişdir.

Tədbirdə "İdeoloji maarifləndirmə konsepsiyası" ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, akademik Zərifə Əliyeva adına məktəb-liseyin direktoru Qurban Məmmədov məruzə etmişdir. Bildirmişdir ki, Zərifə xanım Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır.

Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Zərifə xanım Əliyevanın zəngin irsindən bəhs edərək, alimin oftalmologiya elminə müstəsna töhfələrini xüsusi olaraq vurğulamışdır.

Mövzu ilə bağlı RTŞ-nin müdir əvəzi Ədalət İsmayılov, Ağsaqqalar Şurasının sədr müavini Rzaqulu Şərifov çıxış etmişlər.

Məktəbin psixoloqu Aytac Əhmədova hazırladığı təqdimatı nümayiş etdirmişdir.

Tədbirin yekununda məktəb şagirdləri kompozisiya ilə çıxış etmişlər.