YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

27 sentyabr 2020-ci il tarixdə  Ermənistan  dövləti 30 il ərzində  törətdiyi  təxribatların davamı olaraq  Azərbaycana qarşı  növbəti dəfə təxribata əl atdı.  Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını almaq üçün əks- həmlə əməliyyatına başladı . 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları  Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazandı.  30 il  davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qazanılan Zəfər  ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, yüz minlərlə soydaşımızı öz dədə-baba  yurduna qayıtmasına  zəmin yaratdı. Demək olar ki, Azərbaycan dövləti  bununla sübut etdi ki, artıq  “Dağlıq Qarabağ” adlı coğrafi ad mövcud deyil. Ermənistanın apardığı işğalçılıq siyasəti beynəlxalq miqyasda heç kimə sirr deyil.  Ermənistan rəhbərliyi dərk etməlidir ki,  heç bir sahə də Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Ermənistan anlamalı idi  ki, uzun müddət  suveren qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil.

Təəssüf ki,  Ermənistan rəhbərliyi və onun havadarları beynəlxalq ictimaiyyət və  təşkilatların qəbul etdiyi qətnamələrin, qərarların ziddinə gedərək işğalçılıq siyasətini davam etdirirdi.  30 ilə yaxın keçirilən görüşlər, aparılan  danışıqlar  ağ  kağız üzərində yazılmış adi bir yazı olaraq qalırdı. Ermənistan  işğalçılıq siyasətini davam etdirmək üçün min bir bəhanə gətirərək olanları  pərdələmək və Azərbaycanı  bu vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan  heç vaxt buna razı ola bilməzdi. Artıq buna son qoyulmaq vaxtı gəlib çatmışdı.

Azərbaycan xalqının Vətən müharibəsindəki göstərdiyi birlik, həmrəylik, iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Demək lazımdır ki, Rəşadətli Azərbaycan Ordusu təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmamış, Ermənistanın havadarları ilə müharibə apararaq mötəşəm  Qələbə qazanmışıq.

İşğalçılıq siyasətinə haqq qazandıran rəsmi Ermənistan bu münaqişənin həll olunmaması üçün hər vəchlə danışıqlar prosesini pozurdu. Ermənilərin qondarma  “Dağlıq Qarabağ Respublikası” yaratması və burada hərbi-siyasi rejimin çirkin əməlləri heç bir beynəlxalq hüquq normalarına uyğun deyildi.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli  Ordumuz və qəhrəman Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ermənilərə, onun havadarlarına  tarixi dərs vermiş oldu. İşğaldan azad olunmuş  tarixi Azərbaycan torpaqlarında  üçrəngli bayrağımız  dalğalandı.  10 noyabr 2020-ci il tarixdə  Ermənistan məğlub olduğunu rəsmən elan edərək  Azərbaycan qarşısında diz çökdü.  Bu qələbə ilə Azərbaycan dövləti Ermənistan işğalçılıq siyasətinə son qoymuş oldu.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Rəşadətli Azərbaycan Ordusu!

DİGƏR Xəbərlər Arxiv