YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri  

Azərbaycan illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi və qürurverici günlər yaşayır: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən sözdən gerçəyə çevrildi. İndi azadlığına qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə  etmək heç də asan deyil.

Məhz “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi mənəvi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edən tarixi bir hadisədir.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ilk dəfə toplaşdılar. Doğrudan da 44 günlük Vətən Müharibəsində xalqımız 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, gücünü, iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə Vətən Müharibəsini tarixi qələbə ilə başa vurdu. 

Prezident cənab İlham Əliyev tərəfindən "Zəfər Qurultayı" adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi.

Qurultayda çıxış edən Prezident cənab İlham Əliyev müharibənin gedişi, qələbənin əldə olunması üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyət, beynəlxalq ictimai rəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən böyük işlər, ən əsası isə Azərbaycan əsgərinin və bütövlükdə xalqımızın milli həmrəyliyi ilə bağlı vacib məqamlara toxundu. 

Bu, tarixi Zəfərdir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. 

Tarixi ədaləti bərpa edən Ali Baş Komandan cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. 

DİGƏR Xəbərlər Arxiv