YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayı Azərbaycan diasporu üçün yeni bir mərhələnin başlanğıcını qoydu

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Dünya Azərvaycanlılarının V Qurultayının Şuşada keçirilməsi 65 ölkədən gəlmiş 400 nümayəndəyə cənab Prezident İlham Əliyevin söylədiyi “Şuşa, biz səni dirçəldəcəyik” nidasının sevincini yaşatdı. Dünyanın diqqəti Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşaya yönəlmişdi. “Şuşa ili”ndə Şuşada Zəfər Qurultayının keçirilməsi heç də təsadüfi deyildi. 44 günlük müharibə həm də dünya azərbaycanlılarının birliyini, həmrəyliyini göstərdi. Şuşada iki gün davam edən Zəfər Qurultayı bu birliyin əbədi olduğunu, heç bir qüvvənin bu həmrəyliyi poza bilmək iqtidarında olmadığını nümayiş etdirdi.

Zəfər Qurultayı onu göstərdi ki, Azərbaycan dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir. Bu tədbir İlham Əliyevin Prezident seçildiyi ilk gündə söylədiyi  “Mən hər bir azərbaycanlının prezidentiyəm” sözlərinin həqiqiliyini bir daha nümayiş etdirdi. Dünya azərbaycanlıları əyani şəkildə gördülər ki, Prezidentimiz hər bir azərbaycanlının yanındadır.

Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl söylədiyi fikirləri bu gün reallığa çevirdi. Ulu öndərin “biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq” fikirlərinin əminliyini Şuşada keçirilən Zəfər Qurultayı dəqiqliklə ifadə etdi. Azərbaycan Prezidenti Qurultaydakı nitqi ilə diaspor təşkilatları üçün bir Yol xəritəsi cızdı. Bu nitq gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi, təbliği sahəsində konkret və aydın müddəaların məcmusudur. Zəfər Qurultayı Azərbaycan diasporu üçün yeni bir mərhələnin başlanğıcını qoydu. Verilən mesajlar, göstərilən hədəflər dünya azərbaycanlılarını Azərbaycanımızın bundan sonrakı mübarizə yollarında da sıx birləşdirəcək, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi müharibədən sonrakı reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir.

Dünya Azərbaycanlılarının əvvəlki qurultaylarında çıxışı zamanı dönə-dönə işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun tarixi torpaqlarımızı azad edəcəyini bildirən dövlətimizin başçısı vədinə sadiq Prezident kimi bu gün Zəfər Qalasında qalib ölkənin Baş Sərkərdəsi kimi dünya azərbaycanlılarının önündə idi. Bu, həm də onu bildirirdi ki, xalqımızın və rəhbərimizin böyüklüyü qarşısında heç kim duruş gətirə bilməz. Çünki biz haqlı tərəfik, siyasətimiz ədalət prinsipləri üzərində qurulub. Bizim tarixi qələbəmizdə dünya azərbaycanlılarının təsiri də əvəzsiz oldu. Xarici diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması istiqamətdə əvəzsiz xidmətlər göstərərək, Vətənə bağlılıqlarını nümayiş etdirdilər.

Dövlətimizin başçısı çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılıqlarının vacibliyini bildirərək, qeyd etdi ki, onlar ilk növbədə, Azərbaycan dilini bilməli və yaşatmalıdırlar.  Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda, Azərbaycan xalqının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünü göstərmiş oldu.

Bundan əvvəl keçirilən bütün qurultaylarda növbəti qurultayın Şuşada keçirilməsi arzu edilib. Şuşanı öz gözləri ilə görmək üçün buraya gələn diaspor nümayəndələrimiz Şuşadan qayıtdıqdan sonra, ilk növbədə, hamının ürəyinin döyündüyü o müqəddəs torpağın ecazkar, füsunkar təbiətini, gedən abadlıq işlərini yaşadıqları ölkələrdə təbliğ edəcəklər. Qısa müddət ərzində güclü Azərbaycan dövlətinin bu işin öhdəsindən necə gəldiyini əfsanə kimi danışacaqlar. Onlar qısa zaman kəsiyində Zəfər yolunun çəkildiyinin, Füzuli Beynəlxalq Hava Limanının inşasının, energetika sisteminin qurulduğunun, yeni evlərin tikildiyinin, mədəniyyət ocaqlarının, qədim tarixi abidələrimizin bərpa olunduğunun şahidi olublar.

DİGƏR Xəbərlər Arxiv