YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə sənayesi naziri Mədət Quliyev ilə gənclərin görüşü baş tutub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev ilə gənclərin görüşü baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış abidə kompleksini ziyarət ediblər,

Sonra YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq müdafiə sənayesi naziri Mədət Quliyevin ölkənin ictimai-siyasi həyatında əvəzsiz xidmətləri barədə məlumat verib.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycanın beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildiyini bildirib. Qeyd edib ki, Ümummilli Liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Azərbaycan regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeniformatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi. Onun sözlərinə görə, ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib. Bütün bunlar 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı zəfərini və Azərbaycan tərəfindən dünyada yeni reallıqların yaradılmasını şərtləndirdi.

Sonra gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbirin sonunda YAP Yasamal rayon təşkilatı “Mətbuat pr.40” ünvanı üzrə ərazi partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.