YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: 30 il ərzində ticarətin 80 faizinin internet vasitəsilə aparılacağı proqnozlaşdırılır

Qlobal pandemiya dünya iqtisadiyyatına mənfi təsiri göstərsə də, bir çox sahələrə, o cümlədən yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə təkan verib.

Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda təşkil olunan müzakirə zamanı deyib.

O bildirib ki, hesablamalara görə bəzi sahələr üzrə rəqəmsallaşma 10 dəfəyədək sürətlənib və rəqəmsal iqtisadiyyatın ölçüsü qlobal ÜDM-in 15 faizə qədərini əhatələyir. Bu gün dünyada ticarətin təxminən 12 faizi internet üzərindən aparılır. 30 ildə bu rəqəmin 80 faizə çatacağı proqnozlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv