YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib

Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Lalə Əhmədova, Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov və rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərinin direktor və müəllimləri iştirak edib.

Görüşün məqsədi Xəzər rayonunun orta ümumtəhsil müəssisəslərində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində vətənpərvərlik işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib. Bununla yanaşı qeyd edib ki, ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar və mükafatlar verilir.

Görüşdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlərdən, islahatlardan danışıb. Təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəailiyyətin təşkili, təkmilləşdirilməsi, xüsusi ilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə həmçinin Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov, 125 saylı tam orta məktəbin direktoru Zeynəb Əliyeva, 216 saylı tam orta məktəbin direktoru Səidə Rüstəmova çıxış edərək, təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində aparılan addımlardan danışıblar.

Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv