YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli Oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, azərbaycanlı şair, oftalmoloq Paşa İsmayılov Qəlbinur, Azərbaycan həkimi və yazıçısı Zərifə Rzaqulu, 3 saylı Vərəm Əleyhinə Dispanserin həkim-loborantı Günel Hacıyeva və Səbail rayonunun fəalları iştirak edib.

Əvvəlcə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları salamlayaraq görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm tövhələr verdiyini bildirib. Qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın elmi-pedoqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin xəzinəsi olub: “Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır. Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu  bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir.

Daha sonra Paşa İsmayılov Qəlbinur çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva çox böyük oftalmoloq olmuşdur. Qeyd edib ki, Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır: “Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu  bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir. Bütün bunlarla yanaşı, Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq elə də asan məsələ deyildi. Məsəl var, hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Zərifə xanım da ailədə Ümummilli liderimiz Heydər Əliyevin güclü dayağı olub. Eyni zamanda, onların arasında böyük, saf məhəbbət yaşanıb. Bu barədə Ulu Öndərimiz özünün xatirələrində də danışırdı ki, heç bir çətinlik Zərifə Əliyeva ilə olan məhəbbətinə mane ola bilməyib. Biz Heydər Əliyevin necə polad iradəli şəxs olduğunu yaxşı bilirik. Amma O, təkcə Zərifə xanımın məzarı önündə kövrəlmişdi. Əlbəttə ki, bu, Zərifə xanımın Heydər Əliyevin həyatındakı rolundan irəli gəlir”.

Tədbirdə çıxış edən Azərbaycan həkimi və yazıçısı Zərifə Rzaqulu oftalmoq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənilərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

Zərifə Rzaqulu fikirlərinə davam edərək həmçinin qeyd edib ki, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır: “Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır. Cəmiyyətdə bir insan hər nə qədər böyük hörmətə malik olsa da, mütləqdir ki, ailə fərdləri də onun ideyalarına, onun arzularına, xəyallarına və yoluna şərik olsun. Ulu Öndərin uşaqlığı çətin, yoxsulluq illərinə təsadüf edir. Özündən başqa qayğısını çəkməli olduğu bir böyük ailəsi də var idi. Zərifə xanımla Heydər Əliyevin qarşılaşması hər ikisinin gələcək həyatlarının istiqamətini dəyişmiş oldu. Bu görüş eyni zamanda Azərbaycan xalqının gələcək taleyinin də formalaşmasında xüsusi rol oynadı. Bakının müharibədən sonrakı kasıb, küləkli və qaranlıq küçələrində böyük sevgi ilə bir-birinə bağlanan ülvi qəlblər bilməzdilər ki, qarşıdakı uzun illər ərzində ölkənin gələcəyinə işıq salacaqlar. Heydər Əliyevin Zərifə xanıma olan sevgisi də böyük cəsarət nümunəsi idi. Siyasi təzyiqlərə rəğmən dövlət xadimi, ictimai-siyasi xadim Əziz Əliyevin qızı ilə görüşmək, onunla evlənmək o dövr üçün böyük cəsarət tələb edirdi. Lakin Ulu Öndər ən gənc yaşlarında mübarizələrə hazır idi. Akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindən biri, deyərdim birincisi hesab olunur. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmış Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Onlarla həkim, ixtisaslı kadr yetişdirən Zərifə xanım öz tələbələri tərəfindən böyük sevgi və sayqı ilə anılmaqdadır. Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnib. Zərifə xanımın insanlara həsr etdiyi hər mənalı günü xoş əməl naminə sərf olunub.

Daha sonra tədbirdə çıxış edən 3 saylı Vərəm Əleyhinə Dispanserin həkim-loborantı Günel Hacıyeva bildirib ki, Keçən əsrin 60-cı illərində Zərifə xanım keçmiş Sovetlər İttifaqında ilk həkim oftalmoloqlardan olmuşdur ki, görmə orqanının peşə patologoyasının öyrənilməsi istiqamətində geniş tədqiqat işi aparmışdır: “Elmi-tədqiqatda mənimsənilən yenilikləri praktik oftalmologiyaya tətbiq etməyi müstəsna məharətlə bacarmışdır. Bu vaxtdan başlayaraq Zərifə xanım Azərbaycanın bəzi kimya sənayesində işçilərin görmə orqanının vəziyyətinə zəhərli kimyəvi maddələrin zərərli təsirini öyrənmişdir”.

Sonda isə tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.