YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub

Qusar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının və səhiyyə işçiləri ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında görkəmli oftalmoloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Vurğulayıb ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.

Tədbirdə çıxış edən Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamran Paşayev, səhiyyə işçiləri ƏPT-nin sədri Natəvan Butayeva, rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova, rayon mərkəzi xəstəxananın oftalmoloqu Gülər Musayeva görkəmli alim, ən ülvi, nəcib dəyərləri özündə yaşadan Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəyini söyləyiblər.

DİGƏR Xəbərlər Arxiv