YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi torpağımız Şuşa Dünya Azərbaycanlılarının görüş yerinə çevrildi

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Azərbaycan xalqı öz qədim tarixinin ən şərəfli illərini yaşayır. Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.

Bizim Zəfər Günümüz də Şuşanın azad olunması tarixindən başlayır. Bu mənada Azərbaycan Prezidentinin Şuşa haqqında dediyi fikirlər, Şuşa sevgisi bütün insanlara sirayət edir. Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu il “Şuşa ili"dir. Son bir ildə həm diaspor nümayəndələri, həm də ziyalılar Şuşada olublar, müxtəlif tədbirlər keçirilib.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi müasir tariximizin ən vacib tədbirlərindən biridir. Qurultayın Şuşada keçirilməsinin rəmzi mənası da var. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, diaspor nümayəndələrinin Şuşanı görməsi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etməsi böyük mənəvi gücdür. Şuşanın təbliği, Şuşanın bir Azərbaycan şəhəri kimi 270 illik tarixinin öyrənilməsi və təbliği baxımından mühüm hadisədir. Ona görə də düşünürəm ki, qurultay bütün diaspor nümayəndələrimizin yaddaşında çox xoş bir xatirə kimi qalacaq.

Son illər bizim xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində ciddi addımlar atılır. Avropada, Amerikada, Rusiyada və digər ölkələrdə təşkilatlanma gedir və bu sahədə ciddi nailiyyətlərimiz var. Qurultayın özünün Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti ondadır ki, bu, bütün dünyaya mesajdır. Bu hadisənin rəmzi mənası ondan ibarətdir ki, Şuşa bütün dünya azərbaycanlılarını birləşdirir. Dəniz səviyyəsindən yüksəkdə yerləşən bir şəhərdə belə bir qurultayın keçirilməsi o deməkdir ki, artıq Şuşa Azərbaycanın rəmzlərinin biri kimi təkcə Azərbaycan üçün deyil, bütün dünya azərbaycanlıları üçün böyük bir simvola çevirilir.

Hesab edirəm ki, qurultay müvəffəqiyyətlə keçdiyi üçün dünyada çox böyük rezonans doğuracaq, Azərbaycanın təbliği, onun problemlərinin, mədəniyyətinin və naliyyətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılacaq.

DİGƏR Xəbərlər Arxiv