YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında dövlət sərhəd-buraxılış məntəqələri barədə saziş var. Biz bunu yüksək dəyərləndiririk.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Ceyhun Bayramov bildirib ki, ölkələrimizin logistika imkanları tranzit sahəsinin inkişafına böyük töhfə verəcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanda və Gürcüstanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi gözəl nümunədir. Azərbaycan və Gürcüstan beynəlxalq çərçivədə də uğurla əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyirlər.