YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yaz sessiyasının birinci günü erməni deputatların iflası ilə yadda qalıb

AŞPA-nın yaz sessiyasının birinci günü erməni deputatların iflası ilə başa çatıb. AŞPA sessiyası başlayan kimi həmişəki xislətlərini göstərməyə, Türkiyə və Azərbaycanı ləkələməyə çalışan erməni deputatları bu dəfə heç bir avropalı parlamentari dəstəkləmədi. Hətta AŞPA prezidenti əsəbiləşərək, erməni deputata sərt şəkildə “susun” deməyə məcbur oldu. Belə ki, erməni deputatın Türkiyə nümayəndə heyətinin rəhbəri Əhməd Yıldızın çıxışı zamanı müdaxilə edərək ona mane olmağa çalışması AŞPA prezidentinin səbir kasasını daşırıb və o, erməni deputata “susun!” deyə sərt reaksiya göstərib. Erməni deputatlar sonradan söz alaraq bunu “ağzını yum” kimi şərh ediblər. Avropalı deputatlar da erməni deputatların qurumun bütün sessiyalarında Azərbaycanı günahlandırmasından, cinayətkar hesab etməsindən bezdiklərini bildiriblər. Belə bir vəziyyətdə erməni deputat guya inciyərək zalı tərk edib. Əslində, erməni deputat növbəti yalanının keçmədiyindən məyus olaraq bu hərəkəti edib. Erməni deputatların yalanları artıq bütün parlamentariləri bezdirib. Avropalı parlamentarilər erməni deputatlara irad tutaraq, münaqişənin bu yolla həll olunmadığını bildiriblər.

Aprelin 26-da - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci günündə siyasi qrup iclaslarından sonra parlamentarilər plenar iclasda bir araya gələrək gündəlikdəki məsələlərin müzakirələrinə başlayıblar. Plenar iclas Avropa İnsan Hüquqları Məhkəməsinə ukraynalı namizədlərin seçkiləri ilə start götürüb.

Günün birinci yarısında Avropa Şurası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzusu müzakirə olunacaq və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 2021-ci il üzrə illik fəaliyyəti barədə hesabatı dinləniləcək.

Günün ikinci yarısında isə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç avropalı parlamentarilərin suallarını cavablandıracaq. Sessiya əlilliyi olan insanların daim qapalı müəssisələrdə təcrid olunaraq saxlanılmasına, eləcə də onlara qarşı ayrı-seçkiliyə son qoymaq, onların sosial statusu ətrafında avropalı parlamentarilərin müzakirələri ilə davam edəcək.