YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Milli Məclisin deputatı Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatlarının paylanılmasına start verilib.

Yasamal rayonu ərazisində aztəminatlı ailələr ziyarət olunub, onlara bayram sovqatları paylanılıb.

Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ümumilikdə 300 aztəminatlı ailəyə bayram sovqatlarının paylanılması nəzərdə tutulur.