YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhidlərin xatirəsinə həsr olunan boks turniri keçirilib

Astara Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı və Astara Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman boksçularımız Ruslan Əliyev və Sadiq Bağırzadənin əziz xatirələrinə həsr olunan boks turniri keçirilib.

Astara Olimpiya İdman kompleksində baş tutan yarışda respublikamızın şəhər və rayonlarından olan idmançılar iştirak ediblər.

Turnirin sonunda yarışın qaliblərinə mükafat və medallar təqdim olunub.