YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədaləti, milli ləyaqəti bərpa edən xalq

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, əməkdar jurnalist

Alnı açıq, üzü gülər Azərbaycan xalqının ucalardan uca Prezidenti cənab İlham Əliyevin azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi nitq neçə gündür ki, dünya mətbuatında tərəqqipərvər bəşəriyyətin yaddaşında əks-səda verir: “Siz buraya Zəfər yolu ilə gəlmişsiniz. Qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər Muzeyləri inşa edilir”. Qurultayı rövnəqləndirən bu tarixi çıxışın dalğaları bütün dünya mətbuatında yayıldıqca Azərbaycanı xalqının Prezidentimiz demişkən, başı dikəlir, qəlbi məhəbbətlə, Vətən sevgisi ilə döyünür. Müstəqil Azərbaycanın qalib Prezidenti qurultayda böyük iftixar və qürur hissi ilə dünyaya bir daha bəyan etdi ki, xalqımız bundan sonra müzəffər xalq kimi yaşayacaq, özü də əbədi yaşayacaq, dövlətimiz isə qalib dövlət kimi əbədiləşəcək. İftixar və qürur hissi ilə dövlətimizin başçısı daha sonra qeyd etdi ki, bura gələrkən 2001-ci ildə keçirilən dünya azərbaycanlılarının ilk qurultayını xatırladım. Əbədiyaşar, ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu, siyasi və fəlsəfi cəhətdən çoxistiqamətli nitqində Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirərək demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. İşğal altındakı torpaqlar azad olunacaq və xalqımız öz dədə-baba torpaqlarına qayıdacaq. Uzaqgörən, dahi şəxsiyyət Ulu Öndərin bu sözləri 2022-ci ilin ilk baharında qədim Qarabağın incisi sayılan Şuşa şəhərində sanki bugünlə elə bil təzədən səsləşir, təbiətin qoynunda günəş şəfəqləri ilə həmahəng şölələnir.

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə, Zəfər sədaları ilə bu günlər üz-üzə, nəfəs-nəfəsədir. Həm Azərbaycanda yaşayan vətəndaşlarımız, həm də dünyaya bərəkətli toxumlar kimi səpələnən xalqımızın övladları bu gün böyük sevinc və qürur içindədirlər. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra bir araya gələn dünya azərbaycanlılarının layiqli nümayəndələri üçün bu tədbirdən möhtəşəm başqa nə ola bilər?!

Xaricdə yaşayan milyonlarla azərbaycanlı öz ölkəsində keçirilən bu böyük tədbirləri yaxından izləyir, ölkəsinin uğurları ilə günbəgün, addım-addım qürur üfüqlərində gələcəyə fərəhlə boylanırlar. Möhtəşəm qurultayda ən hərarətli alqışlarla, ən təravətli məhəbbət, sevgi, ehtiram çalarları ilə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyevin günəş şəfəqləri kimi bərq vuran çöhrəsində təravətli, məzmunlu, dərin intellektlə dolu sözlərini qurultay iştirakçıları və xalqımız heç vaxt unutmayacaqdır: “Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya güclənir. Bu da çox vacibdir. Əlbəttə biz hamımız istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsun”.

Qurultayda Ermənistanın işğalçı siyasəti bir daha nifrətlə yada salındı, xalqımızın əzmi, Azərbaycan əsgərinin yenilməz gücü heç vaxt soyumayan böyük sevgisi təkrar-təkrar anıldı. Qurultay iştirakçıları işğaldan azad olunmuş bütün ərazilərdə erməni vandallarının iyrənc əməllərinin, tarixi qədim binalara vəhşi münasibətlərinin bir daha şahidi oldu. Gördülər ki, ermənilər Şuşadakı 17 bulağın hamısını darmadağın edib qurutmuş, müqəddəs məscidləri təhqir etmiş, söküb-dağıtmış, memarlıq abidəsi sayılan tarixi saraylarımızı yerlə-yeksən etmişlər. Bu vandalizm hərəkətləri təkcə Şuşa yox, bütün başqa şəhərlərdə də özünü göstərmişdir. Qurultayın nikbin ab-havası bütün dünyaya bəyan etmişdir ki, tarixi amillər həmişə istənilən münaqişələrin siyasi və digər yollarla həlli üçün həmişə öz tərəflərini göstərmiş, bundan sonra da göstərəcəkdir. Qurultayda o da xatırlandı ki, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaqla Azərbaycan xaqlının böyüklüyü bir daha gündəmə gəlmişdir. O da qurultayın dərin məzmununa, tarixi əhəmiyyətinə, ictimai-siyasi, fəlsəfi ovqatına nüfuz etdi ki, xalqımız XIX əsrdə və XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılıb Ermənistana peşkəş edilib. Hələ onu demirik ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanın Ermənistana bağışlanması faktları bir daha üzə çıxmışdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı hazırlanan təxribat-Qafqaz Bürosu Qarabağı bizdən almaq istəyirdi. Ancaq bu alınmadı, qərar qəbul olundu ki, Azərbaycanın tərkibində saxlanılsın. Lakin buna baxmayaraq ilyarım keçəndən sonra iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, göydəndüşmə qondarma bir qurum yaradıldı. Adını qoydular Dağlıq Qarabağ Muxtar Vilayəti. Halbuki, belə bir qurumun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə nə az, nə çox, düz iki dəfə artıq idi. Bundan sonra 1950-ci illərdə azərbaycanlıların Ermənistandan zorla, amansızcasına kütləvi deportasiyası nəinki xaqlımz bütün sülhpərvər bəşəriyyət üçün böyük faciə və ədalətsizlik idi. Bütün bunlar azmış kimi ötən əsrin 80-ci illərinin hadisələri yenə də xalqımızın ziyanına köklənmişdir. Bütün bu tarixi faktları bir daha sadalayaraq Prezident İlham Əliyev 1980-ci illərin sonlarında başlanmış separatizm meyillərini yada salaraq dedi: “Hələ Sovet İttifaqı dövründədə bunu etdilər. Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Moskvadan bir ermənipərəst adam bura təyin olundu.Bundan sonrakı tarixi hamıya bəllidir”.

Bütün bunlar isə həmişə bizim qəlb ağrılarımızda yaşasa da, son illərin uğurları həmin yaralara məlhəm oldu. Qalib Prezidentimiz İlham Əliyevin fədakarlığı və dəmir yumruğu ilə düşmənin başı əzildi, tarixi ədalət və milli ləyaqətimiz bərpa olundu.  Bəli, Prezident İlham Əliyevin dediyi kimi: “Biz öz torpağımızda möhkəm dayanmışıq, heç kim bizi tərpədə bilməz”.