YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ münaqişəsinin həll edilməsi Prezident üçün başlıca vəzifə idi

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.

Vətən müharibəsinin gedişi və düşmən üzərində qazanılan parlaq qələbə nəhayət ki, məsələyə son nöqtəni qoydu. Amma bu nəticənin əldə olunması xeyli zəhmət bahasına başa gəlmişdir. Azərbaycan Prezidenti ölkənin xarici siyasətini xoş niyyət üzərində qurub. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər formalaşdırdı. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir və Azərbaycan onun ən gözəl örnəyidir. Təsadüfi deyil ki, indi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa İttifaqı ilə yaxın münasibətləri var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni bu, o deməkdir ki, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bir sözlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara qoşulub. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edib. Bu görüşlər üçün dünyadakı 200 ölkə arasında məhz Azərbaycanın seçilməsi təbii ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursuna olan hörmətin təzahürüdür.

Bu liderliyin bəhrəsini biz elə Vətən müharibəsinin gedişində də gördük. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın maraqlarının əksinə münaqişə ilə bağlı yeni sənədin qəbul edilməsinə çalışanda maraqlı vəziyyət yarandı. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr bu sənədin qəbuluna imkan vermədilər. Onlar haqqın, ədalətin yanında durdular. Bu hadisə Azərbaycanın öz haqlı davası ətrafında ədalətli komanda formalaşdırdığını göstərdi. Baxmayaraq ki, hələ uzun illər öncə bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən başqa BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, münaqişə ilə bağlı beynəlxalq hüquqi çərçivəni müəyyən etdi, Azərbaycanın mövqelərini möhkəmləndirdi. İndi təsəvvür edin ki, Azərbaycan bu addımları vaxtında atmasaydı bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.

Amma qəbul olunan beynəlxalq qərar və qətnamələrin çoxu uzun illər idi ki, kağız üzərində qalmışdı. Ermənistanın indi düşdüyü vəziyyətin əsas səbəblərindən biri onların təcavüzkar siyasətidirsə, digər mühüm səbəb beynəlxalq birliyin vaxtında təcavüzkarın cəzalandırılmaması ilə bağlı göstərdiyi anlaşılmaz mövqedir. Bu isə özlüyündə suallar doğurur: niyə indiyə qədər bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Niyə təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq olunmadı? Halbuki Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, BMT Baş Assambleyasının iclaslarında bəyan etmişdi ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunlar baş verməyəndə Azərbaycan özü təkbaşına 30 ildir icra olunmayan həmin qətnamələri döyüş meydanında icra etdi. Beləliklə Prezident  İlham Əliyev 44 gündə Qarabağ münaqişəsini həll etməklə qarşısına qoyduğu vəzifəni həll etmiş oldu.