YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Araz Əliyev: İstehlakçıların maarifləndirilməsi tədbirlərini uğurla davam etdirir

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi tədbirlərini uğurla davam etdirir. Bu barədə Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib.

A.Əliyev bildirib ki,  istehlakçıların hüquqlarının qorunması sahəsində vacib ihlər görülür. Onun sözlərinə görə, istehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.

«Bu baxımdan, istehlakçı hüquqlarının daha etibarlı qorunması, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün kompleks tədbirlər davam edir. Ümumiyyətlə,  istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə xüsusi rol oynayır»- deyə, A.Əliyev vurğulayıb.