YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ konqresmeni: Azərbaycanda ümumi dini tolerantlıq, radikal qruplaşmalara qalib gəlmək əzmi mövcuddur

Amerikada çıxan “The Hill” qəzetində Massaçusets ştatından olan konqresmen, ABŞ Nümayəndələr Palatasının İctimai və milli təhlükəsizlik məsələləri komitəsinin sədri Harold Notonun “Dini radikalizmə qalib gəlmək üçün mötədil müsəlman dövlətləri ilə iş aparmaq zəruridir” sərlövhəli məqaləsi dərc edilib.

Konqresmen qeyd edir ki, əvvələn radikal islamçılar üzərində qələbə qazanmaq məqsədilə mötədil müsəlman dövlətləri ilə münasibətlərin dəstəklənməsi Birləşmiş Ştatların İslama qarşı vuruşmadığını, yalnız terrorçuluğa qarşı mübarizə apardığını göstərir. ABŞ belə mötədil dövlətlərlə işi davam etdirməlidir. Onlardan biri də əhalisinin 90 faizi müsəlmanlardan ibarət olan Azərbaycandır. Azərbaycanda dünyəvi idarəçilik forması və ümumi dini tolerantlıq, habelə radikal qruplaşmalara qalib gəlmək əzmi mövcuddur.
Müəllif xatırladır ki, 2001-ci il sentyabrın 11-də baş vermiş dəhşətli hadisələrdən sonra Prezident Corc Buşa zəng vuraraq başsağlığı verən və terrorizmə qarşı mübarizəyə kömək etməyə hazır olduğunu bildirən ilk xarici dövlət rəhbərlərindən biri Azərbaycanın rəhbəri olub və Azərbaycan rəhbərinin bəyanatları boş sözlər olmadı.

H.Noton daha sonra qeyd edir ki, ABŞ və NATO hərbi personalı Əfqanıstanda dislokasiya edilməzdən əvvəl Azərbaycan həmin qoşunların öz ərazisində toplaşmasına icazə verib. Azərbaycan öz hərbi qulluqçularını Əfqanıstanda koalisiya missiyasında iştirak etməyə göndərib. Bir sözlə, müəllifin fikrincə, Birləşmiş Ştatlara hücum etmiş Əl-Qaidəni məğlub etmək lazım olanda Azərbaycan bu məsələdən kənarda qalmayıb.
Konqresmen öz məqaləsində Azərbaycanın İsrail ilə də sıx əlaqə saxlaması faktını qeyd edərək göstərir ki, İsrail idxal etdiyi neftin 40 faizini Bakıdan alır. Azərbaycanda böyük yəhudi icması tam təhlükəsiz şəraitdə, dini etiqad azadlığına heç bir məhdudiyyət qoyulmadan yaşayır və ölkə hökuməti onun müdafiəsinə təminat verir.

Konqresmen H.Noton sonda yazır ki, Azərbaycan radikal qruplaşmalara qarşı mübarizədə bizim etibarlı tərəfdaşımız olduğunu və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəyini artıq sübuta yetirib.

DİGƏR Xəbərlər Arxiv