YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər ən yüksək səviyyədə inkişaf edir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin və ortaq tarixin mövcud olması qarşılıqlı əlaqələrin formalaşmasında vacib rol oynayır. Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. 

Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. İki dövlət arasında qarşılıqlı münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsində, ölkəmiz arasında sistemli diplomatik əlaqələr qurmasında, həmçinin bütün türkdilli dövlətlər arasında da səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşmasıda, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. 

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Təbii ki, bu əlaqələrin inkişafını stimullaşdıran əsas amillərdən biri də ölkələrin dövlət başçıları səviyyəsində baş tutan səfərlərdir. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Ölkələrimiz  BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də Azərbaycana etdiyi səfər də böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Qırğızıstan dövlətləri arasında diplomatik əlaqələrin yaranmasından artıq 30 ilə yaxın bir müddət keçsə də, münasibətlər heç zaman bu səviyyədə olmayıb. Bu səfər  ilk növbədə ölkələrimiz arasında mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi bu, xalqlarımızın qardaşlıq əlaqələridir və bu gün iki ölkə arasında dövlətlərarası münasibətlər belə bir möhkəm təməl üzərində qurulur. Qeyd olunmalıdır ki, Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Həmçinin Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Belə bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləyirlər. Qırğızıstan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi.  

Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər hazırda Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərlikləri ilə ən yüksək səviyyədə davam edir. Hər iki ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün böyük zəmin yaratmışdır.