YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Caspian European Club” SOCAR-la birgə biznes-forum keçirəcək

Aprelin 15-də “Caspian European Club” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sədrliyi ilə biznes-forum keçirəcək.
“Caspian European Club”-dan bildirilib ki, klubun baş icraçı direktoru Telman Əliyev klubun üzv şirkətlərinə göstərdiyi daimi dəstəyə görə SOCAR-ın rəhbərliyinə dərin minnətdarlığını bildirir. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər həmçinin Azərbaycanın neft-qaz sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab almaq, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə biznes arasında fəal dialoqun yaradılması üçün təkliflər irəli sürmək imkanı əldə edəcəklər.
“Caspian European Club”un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər.