YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gəl, səni Şuşaya aparım” adlı tədbir keçirilib

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Gəl, səni Şuşaya aparım” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və partiya üzvləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayonundakı mədəniyyət müəssisələrinin əməkdaşları, fəal gənclər iştirak ediblər.

Əvvəlcə “Şuşa İli”nə həsr edilmiş kitab və rəsm sərgisi ilə tanışlıq olub. Tədbir Vətən yolunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Elxan Qafarov çıxışlarında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra tədbir Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin və Mədəniyyət Mərkəzinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.