YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Ölkənin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir

«Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıq edir». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycanda müxtəlif islahatlar davam etdirilir. Onun sözlərinə görə, ölkənin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir.

 «Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır. Amma Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunması bir sıra problemlərin həllində çətinlik yaradır. Bu münaqişə nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək»- deyə, S.Seyidov vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv