YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Dost, qardaş dövlətlər olan Azərbaycan və Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatıb

Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik.

Bu barədə Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan və Qırğızıstanın dost, qardaş dövlətlər olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”.

Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarığını ifadə edib.