YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Normallaşma prosesi ilə bağlı ciddiyyətimizi indi masa üzərində sübuta yetirməliyik

Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm və bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü beş prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı.

Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Bu bəyanatları prosesdə daha bir dönüş nöqtəsi adlandıran dövlətimizin başçısı deyib: “İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır”