YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatı “Şuşa ili” bağlı tədbir keçirib

YAP Zəngilan rayon təşkilatının rayon Mədəniyyət idarəsi ərazi partiya təşkilatının təşkilatçılığı ilə rayon musiqi məktəblərinin iştirakı ilə “Şuşa ili” ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib və dövlət himnini səslənib.

Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatını sədri Natiq Quluzadə və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon üzrə nümayəndəsi Mehman Nəsirov ölkə Prezidenti İlham Əliyevin  2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamdan irəli gələrək cari il ərzində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açaraq, Qarabağın tacı olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün müqəddəs və əziz məkan olduğunu, eyni zamanda  Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olmasını diqqətə çatdırıblar.

Strateji mövqeyi ilə seçilən Şuşa şəhərinin 1992-ci il mayın 8-də işğala məruz qaldığı dövrdən etibarən işğal dövrü ərzində erməni vandalları tərəfindən şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidələrinin vandalizm aktları nəticəsində məhv edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran natiqlər, 2020-ci ilin sentyabr ayının 27-dən etibarən başladılan Haqq savaşımız, Zəfər yürüşümüzün qalibiyyət nəticəsi olaraq, müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun səyi nəticəsində Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsini xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildiyini, Azərbaycanın tarixinə Zəfər Günü kimi həkk olunduğunu qeyd edilib.

Natiqlər həmçinin, Vətən Müharibəsindəki tarixi zəfərdən dərhal sonra bütün işğaldan azad edilmiş şəhərlərlə yanaşı Şuşa şəhərinin də əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirildiyini, orada irimiqyaslı yenidənqurma və bərpa işlərinə start verildiyi, qısa müddətdə Şuşanın Baş planının hazırlanaraq təsdiq ediləcəyini bir daha tədbir iştirakçılarının nəzərlərinə çatdırıldı.

Daha sonra tədbir rayonun musiqi məktəblilərinin və müəllimlərinin ifasında həm milli, həm də klassik mahnılar fonunda davam edib.

DİGƏR Xəbərlər Arxiv