YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı ekspert: "Əminəm ki, Azərbaycan ilk Avropa Oyunlarını uğurla başa vuracaq"

“Hesab edirəm ki, Azərbaycan qarayaxma kampaniyası aparanlara əhəmiyyət verməməlidir, çünki bu cür təzyiqlər həmişə müxtəlif tədbirlər ərəfəsində baş verir”.

Bu barədə “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias Dornfelt ilk Avropa Oyunları ərəfəsində bəzi xarici dairələrin Azərbaycana qarşı qarayaxma kampaniyasına münasibət bildirərkən deyib. /Trend/

O qeyd edib ki, Azərbaycan həm də idman ölkəsidir və bu fəaliyyəti ilə dünyada tanınır: “Beynəlxalq təzyiqlər isə hər zaman hər yerdə müxtəlif səbəblərdən baş verir. Biz buna bir çox misallar gətirə bilərik. Bir sıra insanlar və təşkilatlar var ki, təzyiqlər vasitəsilə pul qazanır və movcudluğunu saxlayır. Bu, lobbiçiliyin aydın bir hissəsidir”.

M.Dornfelt “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də Azərbaycana qarşı bu cür təzyiqlərin olduğunu vurğulayıb: “Lakin buna baxmayaraq Azərbaycan bu böyük mədəni tədbirə layiqincə ev sahibliyi etdi. Bakı öz qapılarını avropalıların üzünə açdı, onlar birinci dəfə Bakıya gəldilər və bir Avropa şəhərini gördülər”.

M.Dornfelt vurğulayıb ki, Azərbaycanın bu cür böyük tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var: “Mən əminəm ki, Azərbaycan bu tədbiri də uğurla başa vuracaq. Bütün dünya Azərbaycan haqqında daha müsbət rəyə malik olacaq. Azərbaycanın müasir və sabit bir ölkə olduğunu görəcəklər”.