YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək

«Ölkəmizin ATƏT və onun institutları ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan quruma üzv olduğu ilk illərdən indiyədək mövcud prinsiplərə və öhdəliklərə sadiq qalıb». Bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ötən yay ATƏT PA-nın iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsi Azərbaycanın bu qurum üçün nə qədər dəyərli ölkə olduğunu ortaya qoydu. Onun sözlərinə görə, həmin sessiyada alınan qərarlar və gəlinən nəticələr də əməkdaşlığın genişləndirilməsini tələb edir.

«Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin, o cümlədən ATƏT-in müvafiq strukturlarının müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq»- vitse-spiker vurğulayıb.