YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunda şəhid ilkin Bayramovun xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun anım mərasimi Pirili kəndində xatirəsinə əbədiləşdirilmiş bulaq-kompleksinin qarşısında keçirilib.

Anım mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları rəhbərləri, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhid haqqında ən xoş sözlərini çatdıraraq onun keçdiyi şanlı döyüş yolundan bəhs ediblər. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra Pirili kənd qəbirstanlığında şəhidimizin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Ailə üzvlərinin də iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidi Avdıyev Orxan Habil oğlunun da məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid İlkin Bayramovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.