YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zərdab rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilib

Ramazan ayı münasibətilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində qazanılan Zəfərdən danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin təbrik və salamlarını tədbir iştirakçılarına çatdıran RİH başçısının müavini Xəyalə Veyisova ölkəmizdə, o cümlədən Zərdab rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib.

Daha sonra Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə maddi yardım verilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv