YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan ilə Türkiyə arasında din sahəsində əlaqələr yüksək səviyyədədir

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin ölkəmizdəki səfirliyinin fəaliyyət müddəti başa çatan dini işlər üzrə müşaviri Sadiq Əraslan ilə görüşüb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə müşavir qeyd edib ki, Azərbaycanda həyata keçirilən din siyasəti, dini konfessiyalara göstərilən yüksək diqqət və qayğı onda dərin təəssürat yaradıb. O, müşavir kimi fəaliyyəti müddətində ona yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.
Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulmasında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətləri var.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək S.Əraslana gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Türkiyə səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş də iştirak edib. Mübariz Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin Din Müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.